30.10.2020 18:05

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Təhsil Nazirliyinin aparatı üçün dəftərxana və təsərrüfat ləvazimatlarının satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “Dostluq Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 30 oktyabr  2020-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.