16.09.2020 17:00

Apellyasiya Şurasının onlayn iclası

Sentyabrın 16-da Təhsil Nazirliyinin Apellyasiya Şurasının onlayn iclası keçirilib. İclasda Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Ayşən Tağıyevanın müsahibə nəticəsi ilə əlaqədar şikayətinə baxılıb.

İclasda müsahibə komissiyası üzvünün təqdim etdiyi məlumat əsasında şikayət araşdırılıb və təmin olunmaması barədə Şura tərəfindən qərar qəbul edilib.