07.12.2020 14:30

Apellyasiya Şurasının onlayn iclası keçirilib

Dekabrın 4-də Təhsil Nazirliyinin Apellyasiya Şurasının növbəti onlayn iclası keçirilib.

“Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Təhsil Nazirliyinin Maliyyə şöbəsinin Maliyyə sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizədlər İsgəndər Ağakişiyev və Könül Yusiflinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Maliyyə və mühasibatlıq sektorunda aparıcı məsləhətçi vəzifəsinə namizədlər Aydan Məmmədova və Əli Abdulovun, Goranboy Rayon Təhsil Şöbəsində müdir müavini vəzifəsinə namizədlər Samir Əliyev və Ucal Ələkbərovun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə  baxılıb.

İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 2 nəfərin şikayətinin  təmin olunması,  3 nəfərin  şikayətinin təmin olunmaması barədə Şura tərəfindən qərar qəbul olunub.

Apellyasiya Şurasına müraciət edən 1 namizəd isə ərizəsini geri götürdüyü üçün şikayəti üzrə inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilib.