06.10.2020 09:34

"World Skills International” təşkilatına üzvlüyə son hazırlıq işləri

Azərbaycanın “World Skills International” (WSI) təşkilatına üzvlüyünün rəsmiləşdirilməsi üzrə son tədbirlər həyata keçirilməkdədir.

Ötən həftə Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə WSI təşkilatının rəhbər heyəti arasında təşkilata üzvlük istiqamətində onlayn görüş baş tutub. Bu görüşün davamı olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri ilə görüşlər keçirilib.

Görüşlər zamanı WSI təşkilatının fəaliyyət prinsipləri, standartları, eyni zamanda peşə yarışlarının keçirilmə qaydaları və prosedurları barədə Azərbaycan tərəfinə ətraflı məlumat verilib.

Qeyd edək ki, WSI dünyada peşə bacarıqlarını təbliğ edir və peşələrin Olimpiadası kimi tanınır. Azərbaycanın sözügedən təşkilatın 85-ci üzvünə çevrilməsi və cari ilin oktyabr  ayında baş tutacaq Təşkilatın Ümumi Yığıncağına qatılması, beləliklə üzvlüyün təsdiqlənməsi gözlənilir.


Açar sözlər: