12.11.2020 13:00

Şagirdlərin yerdəyişməsinə başlanılır

16 noyabr saat 11:00-dan etibarən  şagirdlərin elektron yerdəyişməsi portalı aktiv olacaq. Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.


Açar sözlər: ,