01.02.2021 12:10

Məktəbə qayıdan uşaqlar - FOTOLAR

Fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olunub. Bu gündən məktəbəhazırlıq, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai siniflərdə təhsil alan uşaqlar tədrisin davamı üçün məktəbə yollanıblar.

Uzun zaman sonra doğma məktəblərinə, eləcə də məktəbdəki dostlarına qovuşan şagirdlərin sevincini əks etdirən fotoları diqqətinizə çatdırırıq.

Qeyd edək ki, ibtidai siniflər üzrə 628 651 şagird, məktəbəhazırlıq qruplarında 103 604 uşaq, həmçinin 50 bölgədə fəaliyyət göstərən 500 icma əsaslı məktəbəqədər təhsil qruplarında isə 9207 uşaq bu gündən ənənəvi tədrisə davam edəcək.